Dövlət Xəzinədarlığı Agentliyi 496 min 7,1 manat dəyərində şəbəkə və kompüter avadanlığı alır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Agentlik avadanlığın alınması haqqında iki müqavilə bağlayıb", - deyə məlumatda bildirilir.
Xüsusilə "Ultra Technologies" MMC ilə şəbəkə avadanlığının alınmasına dair 281 min 719,1 manat məbləğində müqavilə bağlanıb.
Bundan başqa, Dövlət Xəzinədarlığı Agentliyi "Htech İnvest" MMC ilə “Acer” markalı kompüterlərin alınması haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 214,288 min manatdır.*
A.Əzizov