“Azərbaycan İnvestisiya Şirkəti” ASC qiymətləndirməxidmətlərinin satın alınması üzrə şirkət seçir.
Seçim kotirovka sorğusu üsulu ilə həyata keçirilir.
Təkliflər 8 yanvar 2018-ci ilə qədər qəbul olunur.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir. **
B.Rüstəmbəyov