Azərbaycan hökuməti “2018-ci il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”nın və “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nü təsdiq edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilir.
Bu il üçün Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar - 3455 ton, başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar - 205,1 ton həcmində təsdiq edilib.
Bununla belə, elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 13,2 ton, təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 10,8 ton, akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 28,2 ton səviyyəsində təsdiq olunub.
Hökumətin məlumatına görə, balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü: kilkə 2 min ton, siyənək 500 ton, kütüm 255 ton, külmə 115 ton, kefal 500 ton, çəki 50 ton, çapaq 10 ton, xəşəm 5 ton həcmində təsdiq edilib. **
N.Abbasova