Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyəti assambleyanın yanvar sessiyasında yenilənmiş tərkibdə iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
"AŞPA-nın yanvar sessiyasında Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə iştirak edəcək", - deyə o bildirib.
S.Seyidovun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin tərkibində rotasiya qaydasında dəyişiklik edilib. "Bu, AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal prosesdir”, - deyə nümayəndə heyətinin rəhbəri qeyd edib.
Məlumata görə, deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov vəAsim Mollazadə yeni tərkibə daxil ediliblər. Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər.*
F.İsazadə