“Meliorasiya və sutəsərrüfatı” ASC “Samur-Abşeron suvarmasisteminin yenidən qurulması”layihəsiçərçivəsində su qəbulediciləri və digər infrastrukturun tikintisinə 65 mln. manat yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2018-ci ildə Samur-Abşeron su kanalının yenidən qurulması üzrə işlərin davam etdirilməsinə ARDNF-nin vəsaitindən 90 mln. manat ayrılacaq. Bu vəsaitin 65 mln. manatı Xızı və Şabran rayonları ərazisində suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların istifadəyə verilməsi, Samur-Abşeron kanalını qidalandırmaq üçün şimal çayları-Qusarçay, Qudyalçay, Çaqaçuqçay çaylarında su götürüçü və nəqletmə qurğularının tikintisinə yönəldiləcək”, - hökumətdən qeyd ediblər.
Bundan əlavə, ARDNF-nin vəsaitindən daha 25 mln. manat Samur-Abşeron su kanalının təchizatı üzrə yeni tədbirlərin reallaşdırılması məqsədilə “Meliorasiya və sutəsərrüfatı” ASC-yə ayrılacaq. Buna Samur-Abşeron kanalını qidalandırmaq üçün şimal çayları- Qaraçay, Quruçay, Ağçay çaylarında su götürüçü və nəqletmə qurğularının tikintisi daxildir. **
N.Abbasova