2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan banklarının ümumi xalis mənfəəti 592,7 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-noyabr aylarında bank sektorunun ümumi xalis zərəri 1 mlrd. 271,5 mln. manat tə.kil edib.
2017-ci ilin yanvar-noyabr aylarında bankların faiz gəlirləri 1 mlrd. 731,8 mln. manat, o cümlədən verilən kreditlər üzrə 1 mlrd. 279,5 mln. manat təşkil edib.
Hesabat dövründə bankların faizsiz gəlirləri 872,7 mln. manata bərabər olub.
11 ay ərzində bankların faiz xərcləri 796,1 mln. manat, o cümlədən depozitlər üzrə 349 mln. manat, qeyri-faiz xərcləri 873,9 mln. manat təşkil edib.
Yanvar-noyabr aylarında bankların məcmu xalis əməliyyat mənfəəti 934,5 mln. manat təşkil edib. Bununla belə, bu dövrdə banklar aktivlər üzrə mümkün itkilərin yerinin doldurulması məqsədilə ehtiyatların yaradılmasına 316,8 mln. manat yönəldiblər.
Bankların vergi ödənilənədək mənfəəti 621,2 mln. manat, mənfəət vergisi üzrə ödənişlər 28,5 mln. manat təşkil edib.**
A.Əzizov