Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunda avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 10,1 mln. manatın ayrılmasını tapşırıb.
Şənbə günü prezidentin saytında müvafiq sərəncam dərc olunub.
Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolu səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. **
B.Rüstəmbəyov