Yanvar ayında NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə görüşü planlaşdırılır. Bu barədə BuzzFeed nəşri məlumat verir.
Məlumata əsasən, “bu cür nadir səviyyədə” görüşü Bakıda keçirmək nəzərdə tutulur.
Eyni zamanda nəşr qeyd edir ki, Ukraynada münaqişə başlanandan sonra ABŞ-ın sabiq prezidenti Barak Obamanın göstərişi ilə bu cür görüşlər keçirilməyib.
Müzakirə olunacaq məsələlər barədə məlumat verilmir. **