Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK)fevralın 23-də Sumqayıt şəıhərində qeyri-yaşayış binasını hərraca çıxarmağı planlaşdırır. Bu barədə Komitədən məlumat verilir.
“Fevralın 23-də dövlət əmlakının satışı üzrə növbəti hərrac keçiriləcək. Ən yüksək qiymət Sumqayıt şəhərində qeyri-yaşayış binası üçün müəyyən edilib - 65 min manat”, - məlumatda qeyd olunur.
Bütövlükdə, 18 səhmdar cəmiyyəti, 4 qeyri-yaşayış binası və 4 dövlət müəssisəsi hərraca çıxarılacaq. Keçiriləcək hərracda SC-nin nəzarət paketinin 30-dan 45%-dək səhmləri satışa çıxarılacaq. **
B.Rüstəmbəyov