İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 23 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 201 cinayət faktı qeydə alınıb, onların 32-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 45 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.*
F.İsazadə