Azərbaycanda ixracyönümlü məhsullar istehsal edən şirkətlər Xorvatiyada keçirilən "Viroexpo 2018" adlı Beynəlxalq iqtisadi, peşə və kənd təsərrüfatı sərgisidə iştiraka dəvət olunublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Sərgi fevralın 23-25-də keçiriləcək”, - nazirlikdən qeyd ediblər.
"Viroexpo” sərgisi 2001-ci ildən etibarən keçirilir. Hər il sərgidə 30-a yaxın ölkənin nümayəndələri iştirak edirlər.
2017-ci ildə sərgiyə 600-dən çox iştirakçı qatılıb və sərgini 3 gün ərzində 28 mindən çox insan ziyarət edib. **
B.Rüstəmbəyov