Azərbaycan və Nigeriya iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün birgə hökumətlərarası komissiya yaratmağı planlaşdırır.
Prezident İlham Əliyev ilə Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin görüşündə birgə hökumətlərarası komissiyanın yaradılmasının məqsədəuyğun olduğu qeyd edilib.
Dövlət başçısının saytında verilən məlumata görə, görüşdə əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, ticarət, müdafiə sənayesi və digər sahələrdə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılmasının məqsədəuyğun olduğu qeyd edilib.
Səfir Hamzat İbrahim ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu qeyd edərək iqtisadi əməkdaşlığımızın bu səviyyəyə uyğun olmadığını deyib. O, turizm, təhsil, ticarət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.*
B.Rüstəmbəyov