Azərbaycan siyasi və iqtisadi sahələrdə Monqolustanla əməkdaşlıqda maraqlıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Bazar ertəsi İ.Əliyev Monqolustanın iqamətgahı Ankarada (Türkiyə) yerləşən Azərbaycandakı səfiri Bold Ravdanın etimadnaməsini qəbul edib.
“Azərbaycan tərəfi Monqolustan hökuməti ilə qarşılıqlı maraq doğuran sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə gələcəkdə də birgə fəaliyyət göstərməkdə maraqlıdır”, - dövlət başçısıİ.Əliyevin sözlərindən sitat gətirir.
İ.Əliyev dövlət başçıları və hökumətlər səviyyəsində fəal əlaqələrin olmamasını təəssüf hissi ilə vurğuladı. “Bu baxımdan ölkələrimizin müxtəlif qurumları - parlamentlər, nazirliklər, biznes qrupları arasında və siyasi sahədə əlaqələrin həyata keçirilməsi önəmlidir”, - prezident bildirib.
Prezidentqeyd edib ki, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var.
B.Ravdan öz növbəsində əməkdaşlığımızın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
“Görüşdə, eyni zamanda, idxal-ixrac, müdafiə sənayesi, sərmayə qoyuluşu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi”, - məlumatda vurğulanıb. **
F.İsazadə