Ekvatorial Qvineya Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdır. Bunu Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenq deyib.
Prezident İlham Əliyev bu gün səfirin etimadnaməsini qəbul edib.
“Görüşdə ölkələrimiz arasında əvvəllər mövcud olan əlaqələrin bərpa edilməsinin önəmi vurğulanıb, müxtəlif istiqamətlərdə, xüsusilə də enerji, təhsil, sərmayə qoyuluşu, idxal-ixrac sahələrində və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsinin vacibliyi bildirilib”, - deyə məlumatda qeyd olunur.
Səfir ölkələrimizin neft və qaz istehsalçısı olduğunu vurğulayaraq diplomatik fəaliyyəti dövründə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.*
N.Abbasova