Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Rusiyada səfir təyin olunacaq. Bu barədə Çexiya mətbuatı məlumat verir.
Çexiya mətbuatının qeyri-rəsmi məlumatına görə, V.Pivonka Çexiyanın Rusiyadakı səfiri postunda Vladimir Remeki əvəz edəcək.
V.Pivonka peşəkar diplomatdır. Diplomat 2014-cü ildən etibarən Çexiyanın Azərbaycandakı səfiri postundadır. **
A.Əzizov