Prezident İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Daha əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev bildirmişdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi üzrə I mərhələ 2018-ci ilin I yarısında başa çatacaq.
I mərhələ çərçivəsində 2014-cü ilin iyun ayında limanda bərə terminalı işə salınıb.*
N.Abbasova