Yanvarın 15-16-da Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
«İclas 15-16 yanvar tarixlərində Tehranda keçiriləcək», - deyə səfirliyin nümayəndəsi bildirib.
İclasda iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Daha əvvəl Dövlət Komissiyasının iclasının 2017-ci il dekabrın sonunda keçirilməsi planlaşdırılmışdı. Lakin tərəflərin qarşılıqlı razılığı ilə iclas 2018-ci ilin yanvar ayına təyin edilib.
Komissiyanın 11-ci iclası 2016-cı ilin dekabrında Bakıda və Naxçıvanda keçirilib.*
F.İsazadə