Estoniyada 14 il6 ay müddətinə azadlıqdan məhrum edilmiş, əvvəllər Tallindəki “Bakı”, “Şeş-beş” və “Kiş-miş” restoranlarının sahibi olmuş38 yaşlı azərbaycanlı Əhliman Zeynalov vaxtından əvvəl azadlığa buraxılıb. Bu barədə Estoniya KİV-i xəbər yayıb.
Məhkəmə vaxtından əvvəl sərbəst buraxılma ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməkdən savayı, Zeynalovun, qızı və həyat yoldaşının yaşadığı Azərbaycana deportasiyasını qət edib.
Əhliman Zeynalov 3 dekabr 2007-ci ildə Estoniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Növbəti gün irimiqyaslı beynəlxalq narkotik vasitə ticarətiilə məşğul olan şəbəkəni təşkil etmə ittihamı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
2010-cu ilin mart ayında məhkəmə Zeynalovu 14 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Dövlət Prokurorluğunun məlumatına görə, Zeynalov 2005-ci ilin avqust ayında əlbir olduğu şəxslərlə birgə Niderlandddan Estoniya ərazisinə ümumi dəyəri 18,5 mln. kron (1,182 mln. avro) olan altıkiloqram marixuanavə 40 kiloqram həşiş keçirib.
Məhkəmə Zeynalovun üzərinə 11,5 mln. kron,təxminən 735 min avro məbləğində pulun ödənilməsi ilə bağlı öhdəlik qoyub.*
B.Rüstəmbəyov