Gələn həftə Astara (İran) -Astara (Azərbaycan) dəmir yolunun açılışı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mənbə məlumat verib.
“Gələn həftə İranın Astara şəhərində dəmir yolunun açılışı olacaq”, - mənbə qeyd edib.
Astara-Astara dəmir yolu İranın dəmir yollarını Azərbaycanın dəmir yolu sistemi ilə birləşdirən “Şimal-Cənub” layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 km təşkil edir. Bunun 8 km-i Astara şəhərindən İranla sərhədin, 2 km-i sərhəddən İranın Astara şəhərinin payına düşür. O cümlədən, layihəyə sərhəd boyu axan Astaraçay üzərində körpünün tikintisi daxildir. **
F.İsazadə