Rusiya 2017-ci ildə 500 min tondan çox qənd ixrac edib ki, bu da 2016-cı illə müqayisədə 5 dəfə çoxdur. Bu barədə “Союзроссахар”ın məlumatında deyilir.
Tədarükün dəyəri $200 mln. təşkil edir.
İxrac daha çox Rusiya qəndinin ənənəvi alıcıları olan Azərbaycana (105 min ton), Qazaxıstana (129 min ton), Tacikistana (27 min ton) həyata keçirilib. Yeni perspektiv bazar olan Özbəkistana isə 109 min ton qənd ixrac edilib.
Məlumata görə, təkcə 2017-ci ilin dekabr ayında RF-dən 110 min ton qənd ixrac edilib.*