Türkiyənin “Petkim” neft-kimya kompleksi İzmirdə STAR neft emalı zavodunun tikintisini həyata keçirən “STAR Rafineri A.S.” şirkətinin səhmlərinin 18%-ni əldə edib.
Hazırda STAR Rafineri A.S.”in tam sahibi “SOCAR Yatirim”dır, onun səhmlərinin 59,99%-i “Rafineri Holding A.S” şirkətinə, qalanı isə Azərbaycan Dövlət Neft Fonduna məxsusdur.
““Petkim Holding” “SOCAR Turkiye Enerji” ilə “Rafineri Holding A.S.” şirkətinin səhmlərinin 30%-nin $720 mln.-a alınmasına dair saziş imzalayıb. Bu saziş “Petkim”ə “STAR Rafineri A.S.”nin nizamnamə kapitalında dolayı yolla səhmlərin 18%-nin sahibi olmağa imkan verəcək.
“Petkim”in məlumatına görə, sövdələşmə lazımi icazələr alındıqdan sonra başa çatacaq. Sövdələşmənin 2019-cu il martın 31-də başa çatması nəzərdə tutulur.*
N.Abbasova