2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6,316 min baş at (ətlik) ixrac olunub ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilir.
Qeyd olunub ki, Azərbaycanda at əti ixracı ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Ötənilin yekunları üzrə 1,155 min baş at ixrac olunub.
2017-ci ildə bir baş atın (ətlik) orta ixrac satış qiyməti $148 olub, 2016-cı ildə $141 təşkil edib.
“Kəsim məqsədi ilə atlar Azərbaycandan yalnız Qazaxıstana ixrac olunur”, - nazirlikdən bildiriblər.
Vurğulanıb ki, həmçinin Rusiya və Çin perpektivli ixrac bazarları hesab olunur. “Nazirlik at ətini cəlb edilən qiymətə fəal ixrac edən Avropa ölkələrini potensial bazar hesab edir”, - məlumatda deyilir.
O cümlədən, Azərbaycanın yaxşı iqtisadi əlaqələr qurduğu bəzi ölkələrə at ətinin mümkün olmadığını qeyd olunur. Bu, həmin ölkələrdə at ətinə qadağanın və bəzi sosial amillərlə əlaqədardır. **
B.Rüstəmbəyov