Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 128 cinayət faktı qeydə alınıb, onların 27-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.*
A.Əzizov