SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi 2017-ci ildə 56 yaşayış məntəqəsini qazlaşdırıb. Bu barədə SOCAR-dan məlumat verilib.
«Hesabat dövrü ərzində 7,776 min kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 246,5 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 195 yaşayış məntəqəsi qazlaşdırılıb”, - deyə məlumatda bildirilir.
“Hesabat dövründə 1886 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz,Şamaxı,Oğuz, İmişli,Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib”, - məlumatda qeyd olunur.
Qazlaşdırma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.
“Azəriqaz” 2016-cı ildə 209 yaşayış məntəqəsini qazlaşdırıb.**
B.Rüstəmbəyov