2017-ci ilin sonuna Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri 8 mlrd. 69 mln. manat təşkil edir. Bu barədə bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin sonuna ABB-nin aktivləri 12,22 mlrd. manat təşkil edib. Beləliklə, 2017-ci ildə bankın aktivləri 28,9% azalıb.
Bildirilir ki, ABB 10 yanvar 2018-ci il tarixində yaradılmasının 26 illiyi qeyd olunur.
“2017-ci ilin sonuna bankın öhdəlikləri 7 mlrd. 75 mln. manat, balans kapitalı 0,94 mlrd. manat təşkil edir”, - məlumatda deyilir.
ABB-nin kredit portfeli 1,8 mlrd. manat, depozit portfeli 5,1 mlrd. manata bərabərdir.
“Bazar mövqelərinin gücləndirilməsi, innovativ bank texnologiyalarının geniş tətbiqi ABB-nin strateji məqsədləridir”, - məlumatda vurğulanır.
ABB-nin 36 filial və 40 şöbə daxil olmaqla 76 satış nöqtəsi fəaliyyət göstərir.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalının 76,73%-i Maliyyə Nazirliyinin payına düşür. **
A.Əzizov