2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibklarların güzəştli kreditləşməsinin həcmi 170 mln. manat təşkil edəcək. Bunu prezudent İlham Əliyev deyib.
2017-ci ildə Azərbaycanda sahibkarlara SKMF xətti ilə 146 mln. manat məbləğində güzəştli kredit verilib.
“Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 mln. manat kredit resursu təmin ediləcək”, - İ.Əliyev Nazirlər Kabinetinin2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezidentin sözlərinə görə, bu vəsait vaxtilə verilmiş və qaytarılmış kreditlər hesabına təkrar veriləcək.
“Baxarıq, əgər layihələrin sayı çoxalarsa, biz bu məbləği prinsipcə artıra bilərik. Çünki bu, sahibkarlığın, regionların inkişafı üçün çox önəmli bir vasitədir və kreditlərin mütləq əksəriyyəti bölgələrə, iqtisadiyyatın real sektoruna verilir”, - İ.Əliyev vurğulayıb. **
A.Əzizov