2017-ci ilin sonuna Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı ilin əvvəlinə olan göstərici ilə müqayisədə 2 dəfə, 80 minə qədər azalıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
“2017-ci ilin əvvəlində 159,5 min ailə ünvanlı sosial yardım alırdısa, ilin sonuna belə ailələrin sayı iki dəfə azalaraq 80 min, il ərzində orta aylıq sayı 116 min olub, müraciətlərin sayı isə ilin əvvəlinə nisbətən dörd dəfə azalıb”, - S.Müslümov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Nazir qeyd edib ki, il ərzində bu məqsədlərə büdcədən 215 mln. manat vəsait xərclənib. **
N.Abbasova