SOCAR 2018-ci ildə bölgələrdə qazlaşdırma işlərinin aparılması üçün dövlət büdcəsindən 100 mln. manat vəsait alacaq. Bunu prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
«Əlbəttə ki, Dövlət Neft Şirkəti özü pul qazanır. Ancaq bu önəmli strateji sosial layihələrə dövlət öz dəstəyini göstərir və ayrılan bu vəsait nəticəsində Azərbaycanda ilin sonuna qədər qazlaşdırmanın səviyyəsi 95%-ə çatmalıdır», - deyə o qeyd edib.
Prezident əlavə edib ki, keçən ilin yekunlarına görə ölkəmizin 93%-i qazlaşdırılıb.*
B.Rüstəmbəyov