Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ildə respublikada modul tipli 137 məktəb tikiləcəyini məlumat verib.
“Bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır”, - İ.Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait var
“Bakı şəhərində 12 məktəb əsaslı təmir ediləcək. Bununla da Bakı şəhərində təmirsiz məktəb qalmamalıdır. Biz bu proqramı da başa çatdırmalıyıq”, - prezident vurğulayıb.
Həmçinin prezident qeyd edib ki, altı şəhərdə yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək.
“O cümlədən dörd Olimpiya İdman Kompleksinin tikintisi nəzərdə tutulur. Onlardan ikisi bu il istifadəyə verilməlidi”, - İ.Əliyev vurğulayıb. **
F.İsazadə