Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır”, - H.Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirəkən vurğulayıb.
O xatırladıb ki, Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır.
Öncə çərşənbə günü ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Dağlıq Qarabağ regionuna səfərdən yayınmağa çağırıb. Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin qeyri-sabit olduğu qeyd edilir. “Mütəmadi atışmalar, artilleriya, o cümlədən mina və minaatanlardan istifadə, hər il itkilərə səbəb olur. Beynəlxalq səviyyədə tanınan Azərbaycan-Ermənistan sərhədində və təmas boyu yollardan çəkinin. ABŞ-da FederalTəhlükəsizlik XidmətiDağlıq Qarabağda öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək iqtidarında deyil. ABŞ hökumətinin əməkdaşlarının bu regiona səfərlərinə məhdudiyyətlər qoyulub”, - tövsiyyə edilir.
Bütövlükdə, təhlükə nöqteyi-nəzərindən səfər üçün ölkələr 4 qrupa bölünüb. Azərbaycan ikinci qrupa - səfər zamanı çox diqqətli olmalı ölkələr sırasına daxil edilib. **
F.İsazadə