Azərbaycan Qaz İxracatçısıÖlkələrininForumunun (GECF) tamhüquqlu üzvü olacaq. Təşkilatın baş katibi Yuri Sentyurin belə hesab edir.
“Нефтегазовая Вертикаль” jurnalına müsahibəsində Y.Sentyurin qeyd edib ki, Afrika, Cənub-Şərq və Mərkəzi Asiya regionları GECF-in iştirak coğrafiyasının genişləndirilməsi üçün ən çox maraq kəsb edir.
“Əlbəttə, bu həır bir ölkə ilə ayrıca iş tələb edəcək, namizədlərin konkret siyahısı barədə söz açmaq hələlik tezdir, lakin Anqola, İndoneziya, Türkmənistan, Özbəkistan və Malayziya kimi dövlətlərı misal çəkmək olar. Həmçinin hazırda müşahidəçi ölkələrlə iş həyata keçirməyi planlaşdırıram. Təşkilatda onların iştirak səviyyəsini artırmaları üçün razı salmağa ümid edirəm. Düşünürəm ki, İraq, Qazaxıstan və Azərbaycanın tamhüquqlu üzvlər kateqoriyasına keçmək üçün yaxşı şansları var”, - GECF-nin baş katibi vurğulayıb.
Onun sözlərinə görə, son illər ərzində təbii qaz tədarükçüləri və istehlakçıları strukturu maye qaz istehsalının inkişafı hesabına ciddi dəyişikliklərə məruz qalıb. Maye qaz istehsalı həmçinin “çox sayda yeni ölkələr üçün tədarükçü qismində təbii qaz bazarına çıxmaq imkanı yaradıb”.
“Potensial üzvlərin axtarışı üçün əsas meyar onların qaz netto ixracatçısı statusu olmalıdır, bu da Forumun kəskin məsələlərə dair razılaşdırılmış qərarlara gəlmək bacarığını qorumağa şərait yaradacaq”, - Y.Sentyurin vurğulayıb. **
N.Abbasova