2018-ci il yanvarın 1-nə Azərbaycanda 126,726 min “elektron imza” sertifikatı (“e-imza”) verilib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
“1 yanvar 2018-ci il tarixinə 26,516 min hüquqi şəxs, 24,536 min vətəndaş və qalan dövlət orqanları əməkdaşları “e-imza” sertifikatına malikdir”, - nazirlikdən bildiriblər.
Məlumata əsasən, 2017-ci ildə Azərbaycanda 26,688 min “elektron imza” sertifikatı (“e-imza”) verilib, bu da 2016-cı ilin göstəricisindən 16,8% çoxdur. “Həmçinin 9,552 mini hüquqi şəxslərə, 7,412 mini fiziki şəxslərə, 9,724 mini dövlət orqanları əməkdaşlarına verilib“, - nazirlikdən qeyd ediblər. **
N.Abbasova