2017-ci ildə Azərbaycanın tarix və mədəniyyət qoruqlarını 486 min nəfər ziyarət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
“2017-ci ildə tarix və mədəniyyət qoruqlarını 486,273 min nəfər ziyarət edib. Onlardan 166 min 153 nəfəri xarici ölkə vətəndaşlarının payına düşür”, - deyə məlumatda bildirilir.
2016-cı ildə tarix və mədəniyyət qoruqlarını 356 min nəfər ziyarət edib.
Yerli vətəndaşların və xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında Qobustan Milli Tarixi-Bədii Qoruğu ön sırada dayanır. 2017-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya 80 min 126 turist gəlib. Onların 39 min 561-i xarici ölkə vətəndaşlarıdır. Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, o cümlədən Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər.*
B.Rüstəmbəyov