Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Xırdalan şəhərində yanğın baş verdiyi yataqxanadan 17 sakini təxliyə ediblər. Bu barədə nazirlikdən məlumat verilir.
“Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verib. Ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib”, - məlumatda deyilir. **
F.İsazadə