2017-ci ildə Azərbaycan 2016-cı illə müqayisədə ASK məhsullarının ixracını 28% artırıb. Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev cümə günü "Made in Azerbaijan"loqosunun təqdimatında deyib.
“2017-ci ilin yekunları üzrə Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracı 2016-cı illə müqayisədə 28%, sənaye məhsullarının ixracı 21% artıb. Bununla belə, 2017-ci ildə Azərbaycandan ixraca yönələn məhsulların çeşidi 10% artıb”, - S.Babayev bildirib.
O həmçinin qeyd edib ki, ümumilikdə 2017-ci ildə Azərbaycandan 3,1 min adda məhsullar ixrac olunub.
S.Babayev əlavə edib ki, 2016-2017-ci illərdə ixracatçılar təşviq məqsədilə dövlət büdcəsindən 2,87 mln. manat vəsait əldə ediblər.
Həmçinin nazir müavini vurğulayıb ki, 2017-ci ildə Rusiyanın federal «Россия 24» kanalında iki ay ərzində nümayiş edilən Azərbaycan məhsullarına dair çarxa 50 mln. baxış qeydə alınıb.
2016-cı ildə Azərbaycan $426 mln. 111,7 min məbləğində ASK məhsulları ixrac edib, bu da 2015-ci ilin göstəricisindən 20,7% çoxdur. **
B.Rüstəmbəyov