2017-ci ilin dekabr ayında Azərbaycanda inflyasiya 0,5% (noyabrda 0,2%) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Dekabr ayında Azərbaycanda inflyasiya 0,5% təşkil edib. Ərzaq məhsullarının qiymətləri 1%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb”, - deyə məlumatda bildirilir.
2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 12,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4%, qeyri-ərzaq mallarının qiymətləri 11,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3% bahalaşıb.*
N.Abbasova