Azərbaycan bu vaxtadək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 250,7 mln. ton mənfəət nefti əldə edib. Bu barədə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
"2018-ci il yanvarın 1-nə AÇG-dən 445,4 mln. ton neft və 140,5 mlrd. kubmetr səmt qazı hasil edilib. Bu həcmin 250,7 mln. tonu mənfəət neftinin payına düşüb", - deyə o, AZƏRTAC-a müsahibəsində bildirib.
I vitse-prezident vurğulayıb ki, 2018-ci il yanvarın 1-dək dünya bazarına 466,7 mln. ton Azərbaycan nefti çıxarılıb. Bu həcmin 350 mln. tona qədəri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.*