2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft ixracının həcmi $1 mlrd. 386,7 mln. təşkil edib , bu da ötən ilin analoji dövrünün göstəricisindən 21,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Faktiki qiymətlərdə qeyri-neft ixracı 24,1% artıb.
“2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan malların ixracı $14 mlrd. 18,7 mln. təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə real ifadədə 6,5% azalıb”, - Komitədən qeyd ediblər.
Ümumilikdə, hesabat dövründə qeyri-neft ixracının xüsusi çəkisi 9,9% təşkil edib.
Bu dövrdə meyvə ixracı 22%, tərəvəz - 83,8%, kartof - 50,7%, tütün - 2 dəfə, meyvə şirələri - 64,6%, çay - 52,1%, şərab məhsulları - 97,6%, tərəvəz və meyvə konservləri - 5,1% artıb.
Eyni zamanda, yanvar-noyabr aylarında qənd ixracı 42,1%, polietilen - 13,5%, pambıq iplik - 25,8% azalıb.
2016-cı ildə Azərbaycanda qeyri-neft ixracının həcmi 16,4% - $1 mlrd. 237,1 mln.-a qədər azalıb. **
B.Rüstəmbəyov