Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 2018-ci ildə sahibkarlarınaldıqları kreditlərətəminatverməyə başlayacaq.
“Cari ildən etibarən ARİKZF nəinki ipoteka kreditlərinin, həm də sahibkarların aldıqları kreditlərəsubsidiyalarınverilməsinə başlayacaq. Bu mexanizm sahibkarlığı dəstəkləyəcək, qeyri-neft sektorunun inkişafına imkan yaradacaq, bank sektorunda riskləri azaldacaq, həmçinin maliyyə vəsaitlərinin dəyərinin azalmasına gətirəcək”, - Fondun 2017-ci ildə fəaliyyətinin yekunlarına dair hesabatında qeyd olunur.
Sənəddə vurğulanır ki, 2017-ci ildə Fondun aktivləri 1,4 dəfə - 958,2 mln. manatadək artıb, cari ilin əvvəlinə bölüşdürülməmiş mənfəəti 15 mln. manat təşkil edir (2017-ci ildə artım 2,1 dəfə).
Fondun məlumatına görə, 2017-ci ilin aprel ayında ipoteka kreditlərinin verilməsi məqsədilə ilkin qeydiyyat mexanizminin tətbiqinə başlanılıb. Hesabat ilində bu cür mexanizm vasitəsilə 34,9 mln. manat məbləğində ipoteka kreditləri verilib. **
A.Əzizov