Bu gün Balakən rayon Məhkəməsinin hökmü ilə jurnalist Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib. Bu barədə yerli KİV-lər xəbər verir.
İclasda prokuror Ə.Muxtarlının 8 il azadlıqdan məhrum edilməsini istəyib.
Ə.Muxtarlı 29 may 2017-ci il tarixində saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb.
Mayın 31-də Səbail Rayon Məhkəməsində Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.*
F.İsazadə