Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumunda iştirak edəcək. Bunu İsveçrənin Bakıdakı səfiri Filip Stalder deyib.
“Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda iştirak edəcək”, - F.Stalder cümə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan və İsveçrə prezidentlərinin görüşü keçiriləcək.
Səfir əlavə edib ki, cari il Davosda keçiriləcək Forumda ABŞ, Çin və bir sıra Avropa ölkələrinin liderləri iştirak edəcəklər.
23-26 yanvar tarixlərində Davos Dünya İqtisadi Forumu keçiriləcək. **
F.İsazadə