İsveçrə Azərbaycanla birbaşa hava əlaqəsinin yaradılmasında maraqlıdır. Bunu İsveçrənin Bakıdakı səfiri Filipp Stalder deyib.
"Biz ölkələrimiz arasında birbaşa hava əlaqəsinin yaradılmasında maraqlıyıq", - deyə o, bu gün keçirdiyi brifinqdə bildirib.
Səfirin sözlərinə görə, aviareysin açılması turizm sahəsində əməkdaşlığın inkişafına kömək edəcək.
F.Stalder vurğulayıb ki, qarşılıqlı ticarət dövriyyəsi bir qədər azalıb. "Bu gün ticarət dövriyyəsinin həcmi $200 mln.-a bərabərdir. Əminik ki, zamanla bu həcm artacaq", - deyə o əlavə edib.
Səfir qeyd edib ki, hazırda Azərbaycanda İsveçrə kapitalı ilə 20-dən çox şirkət fəaliyyət göstərir.*
F.İsazadə