2017-ci il dekabrın 29-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 334,6 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2016-cı ilin sonuna AMB-nin valyuta ehtiyatları $3 mlrd. 974,4 mln. təşkil edib. Beləliklə, 2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.
Dekabr ayında AMB-nin valyuta ehtiyatları $80,4 mln. və ya 1,5% artıb.
Xəbər verildiyi kimi, 2016-cı ildə Mərkəzi Bankın valyuta ehtiyatları 20,8% azalıb.**
N.Abbasova