2017-ci ildə Azərbaycana 13,098 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 11,61 min ədəd avtomobil (artım 2,3 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
2017-ci ildə Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 1,227 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,14 dəfə) və 74 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 1,2 dəfə) idxal edilib.
Bundan başqa, hesabat ilində respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 187 ədəd (artım 2 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.*