Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 13-də “Azinterservis” ASC-ni hərraca çıxaracaq. Bu barədə Komitədən məlumat verilir.
“Fevralın 13-də dövlət əmlakənın satışı üzrə növbəti hərrac keçiriləcək. 130 min manat məbləğində ən yüksək məbləğ “Azinterservis” ASC-nin səhm paketinin 30%-i üçün müəyyən edeilib”, - məlumatda deyilir.
Satışa çıxarılan ən bahalı dövlət müəssisəsi Sumqayltda yerləşən “Bolluq” bazasıdır. Onun dəyəri 444,5 min manat təşkil edir. Baza 13 min kv. metr ümumi sahəsi olan torpaq sahəsində yerləşir. Baza torpaq sahəsi ilə birlikdə satıır.
Ümumilikdə, 19 SC, 132 qeyri-yaşayış binası, 84 dövlət müəssisəsi və 11 nəqliyyat vasitəsi hərraca çıxarılacaq. Hərraca SC-nin nəzarət paketinin 30%-dən 45%-dək çıxarılarcaq. **
B.Rüstəmbəyov