Prezident İlham Əliyev İrana məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması ilə əlaqədar bu ölkənin prezidenti Həsən Ruhaniyə başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Ölkənizə məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbər məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə başsağlığı məktubunda bildirilir.*
F.İsazadə