2017-ci ildə Azərbaycan əhalisi ticarət obyektlərindən 35 mlrd. 268,1 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin göstəricisindən 2,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 17,9 mlrd. manat (2016-cı illə müqayisədə artım 1,9%), qeyri-ərzaq mallarının alınmasına 17,4 mlrd. manat (artım 3,1%) sərf olunub.
Ötən il ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,8%-i içkilər və tütün məmulatlarının, 17,8%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
B.Rüstəmbəyov