Hərbi Prokurorluq döyüş növbətçiliyi qaydalarının kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçunun həlak olması faktı ilə bağlı araşdırmaya başlayır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Əsgər Sənan Məmmədov “döyüş növbətçiliyi qaydalarının kobud şəkildə pozulması” nəticəsində həlak olub. Hazırda faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır”, - məlumatda deyilir.
Bununla belə, Müdafiə Nazirliyi hadisənin təfərrüatları barədə məlumat vermir. **
F.İsazadə