2017-ci ildə Azərbaycanda 26,1 mindən artıq cinayət törədilib , bu da 2016-cı illə müqayisədə 2,7% azdır. Bunu nazir general-polkovnik Ramil Usubov bazar ertəsi 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
“Ötən iləməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26,113 min cinayət qeydə alınıb.Bu cinayətlərin 86,3%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,7%-ni ağır və xüsusilə ağır növlər təşkil edib”, - R.Usubov qeyd edib.
Nazir vurğulayıb ki, profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2,7% artıb.
Xüsusilə, ağır və xüsusilə ağır cinayətlər 9%, qəsdən adam öldürmələr 9,5%, quldurluqlar 23,6%, soyğunçuluqlar 16,6%, dələduzluqlar 11,8%, hədə-qorxu ilə tələb etmələr 10,5%, xuliqanlıqlar 15,1%, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 12,5% azalıb.
R.Usubov operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1,726 min cinayətin “isti izlər”lə açılıb.
“Nazirliyin “102” xidmətinə daxil olan məlumatlar üzrə operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 10,607 min hüquqazidd əməlin qarşısı alınıb”, - nazir əlavə edib.
R.Usubov yol-nəqliyyat hadisələri 8,6%, qəzalarda ölənlərin sayı 1,2%, xəsarət alanların sayı 14,2% azalıb.
“Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də davam etdirilərək 418 cinayətin açılması təmin edilib”, - nazir bildirib. **
F.İsazadə