2017-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 141 mln. 283,27 min təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 4,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən mlumat verilib.
2017-ci ildə Azərbaycanın bütün ticarət dövriyyəsinin 9,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
“Hesabat ilində Rusiyada Azərbaycan məhsullarının ixrac həcmi $587 mln. 25,37 min təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 43,4% çoxdur. Ümumilikdə, 2017-ci ildə Azərbaycan məhsullarının 4,25%-i Rusiyanın payına düşüb”, - Komitədən qeyd ediblər.
Ötən il Rusiya məhsullarının Azərbaycana idxalının həcmi $1 mlrd. 554 mln. 257,9 min təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 5,34% azdır. 2017-ci ildə Azərbaycana məhsulların idxalının ümumi həcmindən 17,7% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, məlumata əsasən, 2017-ci ildə Rusiya ilə ixrac-idxal əlaqələrində Azərbaycanın mənfi saldosu $967 mln. 232,53 min təşkil edib. **
B.Rüstəmbəyov